"Taliban" Ukrayna böhranı ilə bağlı Rusiyanın mövqeyini dəstəkləyib

29 May 2024 22:06 (UTC+04:00)

...”Taliban” hərəkatının (Rusiyada qadağan olunmuş təşkilat) nümayəndələri Rusiyanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəstəkləyir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov “Soloviev Live” telekanalının efirində bildirib. ....Onlar Ukrayna böhranı ilə bağlı Rusiyanın mövqeyini açıq şəkildə dəstəkləyirlər. Onlar bu prosesin səbəb və nəticələrini anlayırlar, ruhən və sözlə bizim tərəfimizdədirlər,- deyən diplomat əlavə edib ki, “Taliban” ya onunla, ya da Rusiyanın Kabildəki səfiri ilə təmaslarda öz mövqeyini bildirir.

Nazlı