Ceyhun Bayramov Pakistana rəsmi səfərə yola düşüb

29 May 2024 16:27 (UTC+04:00)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə yola düşüb. Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun Pakistan İslam Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.