"Neftçi"nin daha bir futbolçusu milliyə dəvət alıb

29 May 2024 15:52 (UTC+04:00)

"Neftçi" klubunun təcrübəli futbolçusu Ataa Caber Fələstin millisinə dəvət olunub. SİA xəbər verir ki, "Neftçi"nin futbolçusu Ataa Caber Fələstin milli komandasının düşərgəsinə çağırılıb. 29 yaşlı yarımmüdafiəçi iyunun 6-da Livan, 11-də isə Avstraliya millisi ilə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlara dəvət alıb.

Caber yeddi matçda Fələstin milli komandasının formasını geyinib.

Qeyd edək ki, daha öncə Alfa Konte də Syerra Leone millisinə dəvət alıb.