Regionlar üzrə ümumi məhsul buraxılışı 3 % artıb - İqtisadiyyat Nazirliyi

29 May 2024 11:59 (UTC+04:00)

Bu ilin I rübündə Azərbaycanda regionlar üzrə ümumi məhsul buraxılışı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 % artaraq (nominal ifadədə) 7,8 milyard manat olub. SİA bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yanvar-mart aylarında regionlara kredit qoyuluşu 18 % artımla 5,6 milyard manat, əsas kapitala investisiyalar isə 1,7 milyard manat təşkil edib.