İmişlidə qəza, ölən var

29 May 2024 10:48 (UTC+04:00)

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə İmişli şəhərində qeydə alınıb.

Belə ki, "Opel" markalı minik avtomobili Samir Məmmədovun idarə etdiyi motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.