Əməkdar artist həbs olundu

29 May 2024 07:39 (UTC+04:00)

Rusiyanın Əməkdar artisti Ramila İskəndər ötən il Moskvada iki kiloqram narkotik maddə ilə saxlanılmışdı. SİA xəbər verir ki, ötən gün aktrisaya hökm oxunub. O, 6 il 6 ay müddətinə həbs olunub. Məhkəmə onu xüsusilə böyük narkotik satışına cəhddə təqsirli bilib.

Qeyd edək ki, Ramila İskəndər rus seriallarında və filmlərində rolları ilə tanınır.