Özbəkistan XİN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

28 May 2024 14:48 (UTC+04:00)

Özbəkistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Biz strateji tərəfdaşımız olan Azərbaycanı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik!”, - paylaşımda qeyd edilib.