Albaniya XİN: Azərbaycanla əlaqələri genişləndirməyə ümid edirik

28 May 2024 12:10 (UTC+04:00)

Albaniya Azərbaycanla ikitərəfli əlaqələri genişləndirməyə ümid edir. SİA xəbər verir ki, bu barədə Albaniya Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

“Azərbaycan xalqını və hökumətini Müstəqillik Günü münasibətilə təbrik edirik! Biz əməkdaşlığın müxtəlif sahələrində ikitərəfli əlaqələrimizi genişləndirməyə ümid edirik”, - paylaşımda qeyd olunub.