“Bakı Cihazqayırma Zavodu”nun rəhbərliyi dəyişib

28 May 2024 12:09 (UTC+04:00)

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Bakı Cihazqayırma Zavodu” MMC-nin direktoru Rasim Gözəlov vəzifəsindən azad edilib. SİA-nın məlumatına görə, zavoda rəhbərlik Rasim Tahirova həvalə olunub.

Xatırladaq ki, “Bakı Cihazqayırma Zavodu” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22 913 728 manatdır. Müəssisə 2006-cı ildən nazirliyin tabeliyində fəaliyyət göstərir.