Dünya bazarlarında neft bahalaşıb

28 May 2024 10:40 (UTC+04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyul müqaviləsinin dəyəri 0,8 % artaraq 1 barelə görə 83,18 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 1,38 % artaraq 1 barelə görə 78,79 ABŞ dolları təşkil edib.