Azərbaycan XİN xalqı təbrik edib

28 May 2024 09:17 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi Müstəqillik Günü münasibətilə paylaşım edib. SİA xəbər verir ki, bu barədə nazirliyin "X"dəki hesabında paylaşım edilib.

"28 may - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını və bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edir, ölkəmizə və xalqımıza rifah və daimi inkişaf arzulayırıq! Dövlətimiz əbədi olsun! Müstəqillik günümüz mübarək olsun!"