Yol qəzasında 5 yaşlı uşaq xəsarət alıb

28 May 2024 09:11 (UTC+04:00)

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub. SİA-nın məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 2019-cu il təvəllüdlü E.Yusifov xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.