Zevs və Afroditanın 2000 il yaşlı heykəlləri tapıldı

27 May 2024 23:25 (UTC+04:00)

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Antalyada Aspendos antik şəhərində aparılan qazıntılar zamanı Roma imperiyası dövrünə aid 2 heykəlin tapıldığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, sosial media hesabında nazir yazıb: “Gələcəyə miras” layihəsi çərçivəsində arxeoloji qazıntılar fasiləsiz davam edir. Aspendos antik şəhərində Roma imperatorluğu dövrünə aid iki möhtəşəm heykəl ortaya çıxarılıb. 2 min il əvvələ aid Zevs və Afroditanın heyranedici və nəfis təsvirləri İki Mərtəbəli Dükanlar-Stoa kompleksində (İki Katlı Dükkanlar-Stoa Kompleksi) aparılan qazıntılar zamanı üzə çıxarılıb. Ümid edirəm ki, bu işlər ölkəmizin mədəni və turizm həyatına faydalı olacaq”.