Nazirlərin elm və təhsil sahəsində növbəti iclasları Şuşada keçiriləcək

27 May 2024 15:57 (UTC+04:00)

İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı təhsil nazirlərinin VIII iclası və Türk Akademiyasının Elmi şurasının VII iclası keçiriləcək. Elm və Təhsil Nazirliyindən SİA-ya bildirilib ki, iclaslarda Türk Dövlətləri Təşkilatı, həmçinin Türk Akademiyasına üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər.

Tədbirlər zamanı ölkələr arasında ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.