Britni Spirsi qarət ediblər

27 May 2024 15:54 (UTC+04:00)

Müğənni Britni Spirs sosial şəbəkə hesabında qarət edildiyini bildirib. SİA xəbər verir ki, pop-müğənni bütün zinət əşyalarının oğurlandığını qeyd edərək, əşyalarını saxladığı boş qutusunu nümayiş etdirib.

"Bəziləri (zinət əşyaları) mənim üçün xüsusi olaraq hazırlanmışdır. 4 yaşımdan taxdığım xaç da yoxdur", - deyə müğənni bildirib.

O, oğurluğun təfərrüatını açıqlamasa da, qorxduğunu etiraf edib. Sənətçinin sözlərinə görə, indi o, ancaq ucuz aksesuarlar alacaq.