Mərkəzi Elmi Kitabxanada 28 May - Müstəqillik Gününə həsr olunan sərgi təşkil edilib - FOTOLAR

27 May 2024 15:23 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “28 May -Müstəqillik Günü” adlı ənənəvi sərgi təşkil edilib. Bu barədə SİA-ya AMEA-dan məlumat verilib.

Sərgidə “Azərbaycan Xalq Cümhuriyyəti haqqında dövlət qərarları”, “Cümhuriyyət qurucuları”, “Azərbaycan milli azadlıq hərəkatı” ensiklopediyası, “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu”, “Azərbaycan Xalq Cümhuriyyəti - 100” metodik vəsait, “Azərbaycan Xalq Cümhuriyyəti və milli ədəbi dilin inkişaf tarixi (1918-2018)”, “Azərbaycan Xalq Cümhuriyyəti və müasir dövlətçiliyimiz” və digər kitablar nümayiş olunur.

Sərgi iki həftə müddətində davam edəcək.