Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən mədəniyyət müəssisələrində çalışan əməkdaşların peşə səriştələrinin formalaşdırılması və inkişafı məqsədilə yeni tədris modulları əsasında hazırlanmış kurslara start verilib.
Azərbaycan Milli Kitabxanasında “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” təlim modulu əsasındainsan resursları üzrə ixtisasartırma kurslarının təlimçisi Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru MayisƏliyevdir. Təlim əsasən Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrin insan resursları üzrəmütəxəssisləriüçün nəzərdə tutulub.
İki ay davam edəcək təlimdə iştirakçılarəmək qanunvericiliyinin əsasları, müəssisənin insan resursları işinin təşkili, mühafizəsi qaydaları, sahəyə uyğun qanunvericilik və digər mövzular haqqında biliklər əldə edəcəklər. Təlimin əsas məqsədi əmək münasibətlərinin qanunvericiliyə uyğun aparılması qaydaları və digər sahəvi qanunvericiliyə dair bilgilərin verilməsidir.