Qonşuları ilə dava etdikləri üçün məhkəməyə verilən Dilan və Engin Polat hakim qarşısına çıxıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasda özünü müdafiə edən Dilan Polat “Mənim kişi döyməyim mümkün deyil” deyib. Engin Polat isə "Arvadımı qorumaq üçün tək bir hücum oldu" deyərək fikirlərini tamamlayıb.
Qeyd edək ki, Dilan Polat və Engin Polat cütlüyü 2 iyun 2023-cü ildə qonşuları ilə parkda dava etdikdən sonra qonşular Metin Serhat Atayeter və Esra Atayeter Polat cütlüyünə qarşı şikayət edib. Anadolu Baş Prokurorluğu Dilan Polatı "Təhqir", "Təhdid" cinayətlərinə görə 8 il 4 ay, müttəhim Engin Polat isə "Təhqir'", "Təhdid” və “Yaşayış toxunulmazlığının pozulması” ilə 11 ilə qədər həbs cəzası tələbi ilə məhkəməyə verilib.