Əməkdar artistin səhhətində problem yarandı

27 May 2024 07:39 (UTC+04:00)

Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Rafiq İbrahimovun səhhətində problem yaranıb. SİA xəbər verir ki, bu haqda onun qızı Nisə Rzayeva məlumat verib.

O bildirib ki, atası onkoloji xəstəlikdən əziyyət çəkir. Onurğasında problem yaranan R.İbrahimov bir müddətdir müalicə alır. Qeyd edək ki, Rafiq İbrahimov Bakı Bələdiyyə Teatrının repertuarında olan əksər tamaşalarda əsas rollarda çıxış edib.