Könül Kərimova artıq çəki almasından şikayətləndi

27 May 2024 06:02 (UTC+04:00)

Əməkdar artist Könül Kərimova xeyli çəki almasından şikayətlənib. SİA xəbər verir ki, müğənni bu haqda "Günaydın, Azərbaycan" proqramında danışıb. O bildirib ki, arıqlamaqda çətinlik çəkir: "Şirniyyat yemirəm. Çox yemək yeyən deyiləm, amma arıqlamıram. Məni kökəldən hərəkətsizlikdi".

Aparıcı Xoşqədəm Hidayətqızı isə ifaçını öz pəhrizi ilə 1 aya 14 kiloqram arıqladacağını deyib. K.Kərimova yemək hazırlamaq sevgisindən danışıb: "Yemək bişirərək stress atıram. Hətta bir ara beynimə girmişdi ki, kulinariya kitabı yazıb. Bir toyuq və kortofdan neçə növ yemək hazırlaya bilərəm".