...1990-cı illərdə ICQ ünsiyyət üçün ən populyar ani messencerlərdən biri idi. Bununla belə, əfsanəvi ICQ-nin vaxtı sona çatmaq üzrədir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə,.. iyunun 26-da iş dayandırılacaq. Bu barədə məlumat messencerin rəsmi saytında yer alıb.
...Messengerin saytında deyilir: “ICQ iyunun 26-da fəaliyyətini dayandıracaq”.
Rusiyanın "Bild" teleqram kanalı yazır ki, İsrailin Mirabilis şirkəti messenceri 1996-cı ildə istifadəyə verib. İki il sonra internet provayderi AOL onu 400 milyon dollardan çox qiymətə əldə edib.
İnternetin ilk günlərində bu, böyük uğur idi: dünyada 100 milyondan çox insan ICQ-dən istifadə edirdi. Lakin ICQ-nun populyarlığı getdikcə azaldı. Sonrakı illərdə messencer başqa proqramlarla əvəzləndi və əhəmiyyətini itirdi.
…2010-cu ildə ICQ 187,5 milyon dollara Rusiyanın Mail.ru Qrupuna (indiki VK Group) satılıb.
Nazlı