Sabahdan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq

26 May 2024 14:32 (UTC+04:00)

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb. Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən məlumata görə, imtahan 22 şəhər və rayonda təşkil olunub.

Mayın 27-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.