5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub - DİM

26 May 2024 14:31 (UTC+04:00)

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb. Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən məlumata görə, imtahan 22 şəhər və rayonda təşkil olunub.

İlkin məlumatlara əsasən, 5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.