Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə üç medal qazanıblar

26 May 2024 12:41 (UTC+04:00)

Azərbaycanın yeniyetmə cüdoçuları Portuqaliyanın Koimbra şəhərində keçirilən Avropa Kubokunun ilk günündə üç medal qazanıblar. SİA-nın məlumatına görə, yığna üzvləri iki gümüş və bir bürünc mükafata sahib çıxıblar.

Nihad Rəhimov (60 kq) və Səlim Sultanov gümüş, Kənan Sadıqov isə (hər ikisi 66 kq) bürünc medal əldə edib.