Siyəzəndə 45 yaşlı kişi özünü güllələyib

26 May 2024 11:59 (UTC+04:00)

Siyəzəndə 45 yaşlı kişi özü özünə silahdan atəş açıb. SİA xəbər verir ki, Böyük Həmyə kənd sakini İftixar Mayılov ov tüfəngi ilə özü özünü vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda fakt araşdırılır.