10 saylı cəzaçəkmə müəssisəsində Əfv sərəncamı icra olunub

26 May 2024 11:40 (UTC+04:00)

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində icra olunub. SİA xəbər verir ki, cəzaçəkmə müəssisədən 9 nəfərin adı əfv siyahısına düşüb.

Onlardan 3-ü azad olunub, 6-sının isə cəzası azaldılıb.

Qeyd edək ki, sərəncama əsasən, ümumilikdə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.