Misir Qəzza ilə bağlı vasitəçisiz danışıqları bərpa edəcək..?

25 May 2024 22:25 (UTC+04:00)

Qahirə Qəzzada sakitliyi bərpa etmək üçün bütün tərəflərlə intensiv məsləhətləşmələr aparır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Belə ki, Misir hakimiyyəti HƏMAS ilə İsrail nümayəndələri arasında Qəzza zolağında vəziyyətin nizamlanması üzrə vasitəçisiz danışıqları bərpa etmək üçün bütün tərəflərlə işləyir.

Qahirə atəşkəs üzrə dialoqun bərpası və İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə girovların dəyişdirilməsi üzrə səyləri davam etdirir.