SİA-nın əldə etdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İqtisadi Əlaqələr Şurasının 37-ci Baş Assambleyasında çıxışı zamanı deyib.

“Ümumilikdə 11 vilayətin və 14 milyon insanın zərər çəkdiyi zəlzələ iqtisadiyyata 104 milyard dollar dəyərində ziyan vurub”, – Ərdoğan bildirib.

O, təkcə evlərin yox, həm də istehsal müəssisələrinin dağıldığını, ölkənin cənub-şərqindəki şəhərlərin infrastrukturuna ziyan dəydiyini vurğulayıb.