Azərbaycan qadın voleybol millisi yenə məğlub olub

25 May 2024 19:38 (UTC+04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb.

SİA xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komanda ikinci turda Rumıniyada İsveçlə qarşılaşıb. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığma daha əvvəl Xorvatiyanı (3:0) məğlub edib, Slovakiya (1:3) və Rumıniya (0:3) seçmələrinə isə uduzub.