"Əsgəran" yarımstansiyasının tikintisinə başlanılır

25 May 2024 17:17 (UTC+04:00)

Xocalı rayonunda yerləşən Əsgəran yaşayış məntəqəsi ərazisində yeni 35 kV-luq "Əsgəran" yarımstansiyasının tikintisinə başlanılacaq. SİA xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC hazırlıqlara başlayıb.

Məlumata görə, tikinti işləri yekunlaşdıqdan sonra yarımstansiya şəbəkə ilə əlaqələndiriləcək. İşlərin ümumi dəyəri 4,864 milyon manat həcmində qiymətləndirilir.