Sumqayıtda qumbara tapılıb

25 May 2024 16:47 (UTC+04:00)

Sumqayıtda istifadəyə yararlı "F-1" markalı əl qumbarası tapılıb. SİA xəbər verir ki, hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Alışov Yasin Elman oğlu Sumqayıt şəhəri, 76- cı məhəllə ərazisindən istifadəyə yararlı 1 ədəd "F-1" markalı əl qumbarası aşkar edərək polis əməkdaşlarına təhvil verib.