Azərbaycan gimnastları Dünya Kubokunda finala vəsiqə qazanıblar

25 May 2024 14:23 (UTC+04:00)

Azərbaycanın aerobika gimnastları Yaponiyanın Yokohama şəhərində keçirilən Dünya Kubokunda finala vəsiqə qazanıblar. SİA-nın məlumatına görə, Mədinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq cütlük həlledici raundda iştirak edəcək.

Qeyd edək ki, yarış mayın 26-da başa çatacaq.