"Bizim bayrağımız indi dünyada dalğalanır" - ZƏRİFƏ QULİYEVA

25 May 2024 11:49 (UTC+04:00)

"Bilirsiniz ki, bizim Vətənimiz həmişə başı bəlalı olub". SİA xəbər verir ki, bu sözləri "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri, YAP veteranlar şurasının üzvü Zərifə Quliyeva deyib.

Onun sözlərinə görə, bu bəlalardan üzü ağ çıxdıq: "Sapı özümüzdən olan baltalar da ölkədə münaqişə yaradırdı. 1990-cı ildə çox şəhidlər verdik. Xalqımızın hamısı ayaq üstə idi. Belə bir vaxtda millətin, dövlətin xilaskarı Heydər Əliyev özünü göstərdi. Xalq hiss etdi ki, tək deyil. Ulu öndər xalqın köməyinə, səsinə gəldi. İlk dəfə üç rəngli bayrağımız ulu öndərin adı ilə qaldırıldı. O azadlığı bizə Heydər Əliyev verdi.

Müstəqilliyi əldə etmək asan, saxlamaq çətindir. Ulu öndər deyirdi: "Azərbaycan, sən azadsan". Bu gün biz bütöv Azərbaycanın sahibləriyik. Möhtərəm Prezidentimiz Qarabağ azad edildikdən sonra dedi ki, mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim. Bizim bayrağımız indi dünyada dalğalanır".