Azərbaycan Prezidenti İtaliya səfirinin etimadnaməsini qəbul edib

25 May 2024 11:32 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də İtaliyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun etimadnaməsini qəbul edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.