"Fənərbağça Beko" “Panathinaikos"a məğlub olaraq final şansını itirib

25 May 2024 01:04 (UTC+04:00)

Basketbol üzrə Avropa Liqasında yarımfinal oyunlarına start verilib.

SİA xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Fənərbağça Beko" "Panathinaikos"la qarşılaşıb. Görüş Yunanıstan təmsilçisinin 73:57 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da İstanbul klubu finala çıxmaq şansını itirib.

Hazırda yarımfinalın digər görüşündə İspaniyanın "Real Madrid" komandası Yunanıstanın digər təmsilçisi "Olimpiakos"la qarşılaşır.