…Gürcüstanın paytaxtında xarici agentlər haqqında qanuna qarşı növbəti yürüş keçirilir.
SİA RİA Novosti-yə istinadən xəbər verir ki, mitinq ABŞ, Avropa İttifaqı və Ukrayna bayraqları altında keçirilir. Xatırladaq ki, Gürcüstan parlamenti mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edib.
Bu qanun, gəlirlərinin 20 faizdən çoxunu xaricdən alan qeyri-kommersiya təşkilatlarının və KİV-lərin ayrıca reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur.
Onu da xatırladaq ki, Gürcüstan parlamenti üçüncü oxunuşda sənədin lehinə 80-dən çox deputat, əleyhinə 30 deputat səs verib.
Gürcüstan prezidenti Salome Zurabişvili deyib ki, o, qanuna veto qoyur - guya bu, Gürcüstan konstitusiyasına və Avropa standartlarına ziddir.
Vetonu ləğv etmək üçün parlamentə sadəcə səs çoxluğu lazımdır.
Yeri gəlmişkən, prosedur mayın 27-nə təyin edilib.
Nazlı