Qızıl Avropa Liqası: Azərbaycan millisi Belçikaya məğlub olub

24 May 2024 21:15 (UTC+04:00)

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb.

SİA xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi komanda səfərdə Belçika ilə qarşılaşıb. Görüşə nominal meydan sahibi olaraq çıxan yığma 0:3 hesabı ilə məğlub olub.

Azərbaycan millisi daha əvvəl doğma meydanda keçirdiyi qarşılaşmalarda Ukrayna və Rumıniya yığmalarına eyni hesabla (0:3) uduzub.