Rəcəb Tayyib Ərdoğan “Beşiktaş”ı təbrik etdi

24 May 2024 17:42 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş”ı Türkiyə Kubokunu qazanması münasibətilə təbrik edib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan bu barədə rəsmi internet səhifəsində paylaşım edib.

Türkiyə Prezidenti paylaşımında bu ifadələrə yer verib: “2024-cü il Türkiyə Kubokunun çempionu “Beşiktaş”ı və bütün azarkeşləri ürəkdən təbrik edirəm”.