“Gəncə” voleybol klubu kapitanı ilə vidalaşıb

24 May 2024 16:59 (UTC+04:00)

“Gəncə” voleybol komandasında növbəti ayrılıq reallaşıb. SİA-nın əldə etdiyi məlumata görə, “sarı-göylər” Azərbaycan millisinin sabiq üzvü və ötən mövsüm kapitanlıq sarğısını daşıyan Leyla Parşkova ilə vidalaşıb. Onunla başa çatan müqavilənin müddəti uzadılmayıb.

L. Parşkova ötən ilin avqustunda “Gəncə”yə transfer olunmuşdu.

Qeyd edək ki, komanda daha əvvəl rusiyalı Arina Qotselyuk ilə əməkdaşlığa son qoyub.