Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi Firuddin Hacıyevlə vida mərasimi keçirilir

24 May 2024 16:33 (UTC+04:00)

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Firuddin Nadir oğlu Hacıyevin meyitinin qalıqları Göyçay rayonuna gətirilib. SİA-nın məlumatına görə, şəhidin nəşi Göyçay rayonunun İnçə kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Firuddin Nadir oğlu Hacıyev 1972-ci il iyulun 18-də Göyçay rayonunun İnçə kəndində anadan olub. O, 1994-cü il aprelin 14-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

F.Hacıyev İnçə kənd qəbiristanlığında dəfn olunacaq.