Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Nuhu Mustafayevlə vida mərasimi keçirilir

24 May 2024 16:28 (UTC+04:00)

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Nuhu Mustafa oğlu Mustafayevin meyitinin qalıqları Ağsu rayonuna gətirilib. SİA-nın məlumatına görə, şəhidin nəşi Ağsu rayonunun Qaraməmmədli kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Nuhu Mustafa oğlu Mustafayev 1972-ci il avqustun 22-də Ağsu rayonunun Qaraməmmədli kəndində anadan olub. O, 1994-cü il fevralın 14-də Kəlbəcər rayonunun Təkəqaya kəndi ərazisində itkin düşüb.

N.Mustafayev Ağsu rayonu Şəhidlər xiyabanında dəfn olunacaq.