Keçmiş kənd təsərrüfatı naziri “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

24 May 2024 15:47 (UTC+04:00)

Keçmiş kənd təsərrüfatı naziri İsmət Abasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sənəddə qeyd olunub ki, İsmət Abasov bu ordenlə Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə təltif edilib.