Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi Səbuhi Soltanovla vida mərasimi keçirilir

24 May 2024 14:51 (UTC+04:00)

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Səbuhi Sabir oğlu Soltanovun meyitinin qalıqları Göyçay şəhərinə gətirilib. SİA-nın məlumatına görə, şəhidin nəşi Göyçay şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Səbuhi Sabir oğlu Soltanov 1967-ci il mayın 21-də Göyçay şəhərində anadan olub. O, 1994-cü il yanvarın 22-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

S.Soltanov Göyçay rayonu Şəhidlər xiyabanında dəfn olunacaq.