AZAL xəbərdarlıq etdi

24 May 2024 13:32 (UTC+04:00)

İyunun 1-dən xarici vətəndaşlar Gürcüstan ərazisinə yalnız səyahət sığortası ilə giriş edə biləcəklər. Bu barədə SİA-ya "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.

Əgər Gürcüstanda nəzərdə tutduğunuz müddətdən artıq qalırsınızsa, sığortanın müddətini onlayn uzada və yaxud Gürcüstandakı sığorta şirkətlərindən sığorta ala bilərsiniz.

Qurum sərnişinlərdən yeni qaydaları nəzərə almağı xahiş edir.