“Fatih” qazma gəmisi “Göktepe-2”yə başlayıb

23 May 2024 23:14 (UTC+04:00)

Türkiyənin Qara dənizdə təbii qaz və neft axtarışları bütün sürəti ilə davam edir.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, “Fatih” qazma gəmisi “Göktepe-2” quyusunu qazmağa başlayıb.

Türkiyənin Energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial media platformasındakı paylaşımında "Qara dənizdə yeni kəşflər üçün yelkən açırıq. "Fatih" qazma gəmimiz Sakarya Qaz Sahəsində "Göktepe-2" adını verdiyimiz quyuda qazma işlərinə başladı. Yeni yataqlarda kəşfiyyatımızı davam etdirəcəyik" deyə yazıb.