Dünyanın ən dəyərli klubunun adı açıqlandı

23 May 2024 20:06 (UTC+04:00)

"Forbes" jurnalı dünyanın ən dəyərli futbol klubunun adını açıqlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu 6,6 milyard dollar dəyəri olan İspaniyanın “Real” klubudur.

Madrid təmsilçisi artıq üçüncü ildir ki, zirvəni heç bir kluba vermir.

Siyahıda “Mançester Yunayted” (6,55 milyard) ikinci, “Barselona” (5,6 milyard) isə üçüncü yerdə qərarlaşıb.