Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

23 May 2024 17:58 (UTC+04:00)

Son bir həftədə İraqın və Suriyanın şimalında separatçı terror təşkilatı PKK-nın 48 üzvü zərərsizləşdirilib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən bəyanatda bildirilib.
Məlumata görə, son bir həftədə İraq və Suriyanın şimalında 48 terrorçu zərərsizləşdirilib.
2024-cü ilin əvvəlindən etibarən zərərsizləşdirilən terrorçuların sayı 1048-ə çatıb.
Nazirliyin bəyanatında həmçinin bu ifadələrə yer verilib:“Türkiyə Silahlı Qüvvələrimiz indiyə qədər olduğu kimi, üzərinə düşən bütün vəzifələri uğurla yerinə yetirməyə davam edəcək”.