Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə nikbin baxırıq - Emoməli Rəhmon

23 May 2024 16:19 (UTC+04:00)

Beynəlxalq və regional təşkilatlar çərçivəsində ölkələrimizin təşəbbüslərinin qarşılıqlı şəkildə dəstəklənməsi təcrübəsinin davam etdirilməsinin tərəfdarı olduğumuzu bildirdik. Azərbaycanın bu il COP29-u keçirməsi ilə bağlı qərarını alqışlayırıq. SİA xəbər verir ki, bu sözləri Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

Tacikistan Prezidenti, eyni zamanda, vurğulayıb: “Biz Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə nikbin baxırıq”.