Azərbaycan və Tacikistan arasında təhsil kvotasının sayı artırılacaq

23 May 2024 16:11 (UTC+04:00)

Azərbaycan və Tacikistan arasında təhsil kvotasının sayı artırılacaq. SİA xəbər verir ki, bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıda həmkarı İlham Əliyevlə mətbuata bəyanatında deyib.

"Danışıqlarımızda mədəni-humanitar əməkdaşlıq məsələsi də mühüm yer tutdu. Bu baxımdan, təhsil sahəsində əməkdaşlığın inkişafına diqqət yetirildi. İki ölkənin universitetlərində təhsil almaq üçün qarşılıqlı olaraq ayrılan kvotaların sayını artırmaq barədə razılığa gəldik", - Prezident Emoməli Rəhmon bildirib.