Azərbaycan cüdoçuları İspaniyada təlim-məşq toplanışında iştirak ediblər

23 May 2024 15:07 (UTC+04:00)

Azərbaycanın gənclərdən ibarət millisinin üzvləri mayın 20-dən 22-dək Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə İspaniyanın Malaqa şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər. SİA Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesinə yığmanın 12 üzvü qatılıb.

Cüdoçulara gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edib.

Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyıb.